Əfqanıstanda məktəbdə partlayış nəticəsində ölənlərin sayı 7-yə çatıb, 99 nəfər xəsarət alıb - YENİLƏNİB
· 1 mənbə
Əfqanıstanın şimal-şərqində yerləşən Kunar vilayətində məktəb yaxınlığında baş verən partlayış nəticəsində 7 şagird ölüb, 99 nəfərə qədər insan yaralanıb.
"Reuters" xəbər verir ki, bu barədə Talibanın Daxili İşlər Nazirliyinin sözçüsü Əbdül Mətin Qani məlumat verib.
İlkin məlumata görə, partlayış məktəbin yaxınlığında yerləşən və mədən şirkətlərinə məxsus partlayıcı maddələrin saxlanıldığı anbarda baş verib.
Hadisə Əsədabad rayonunun Andarsir ərazisində qeydə alınıb. Hakimiyyət orqanları hadisə ilə bağlı araşdırma aparır.
***
12:48
Əfqanıstanın Kunar vilayətində məktəbdə baş verən partlayış nəticəsində azı 6 nəfər ölüb.
“Al-Jazeera”nın xəbərinə görə, hadisə nəticəsində 97 nəfər xəsarət alıb.
Tələfat sayının arta biləcəyi istisna olunmur.
***
12:16
Əfqanıstanın kunar vilayətində məktəbdə partlayış baş verib.
“Reuters”in xəbərinə görə, bu barədə vilayətin informasiya və mədəniyyət üzrə məsul şəxsi məlumat verib.
İnsan tələfatı və partlayışın səbəbi ilə bağlı əlavə detal verilməyib.
Mənbə: APA · 28.11.2026, 15:41 · orijinal məqalə