Emin Əmrullayev Pekin Kimya Texnologiya Universitetinin Şura sədri ilə görüşüb
· 1 mənbə
Noyabrın 25-də elm və təhsil naziri Emin Əmrullayev Çin Xalq Respublikasının Pekin Kimya Texnologiya Universitetinin Şura sədri və Partiya Komitəsinin katibi Li Nan ilə görüşüb.
Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş çərçivəsində Pekin Kimya Texnologiya Universiteti ilə Azərbaycan Respublikasının ali təhsil müəssisələri arasında mövcud əlaqələr, xüsusilə hazırda həyata keçirilən beynəlxalq ikili diplom proqramları çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
Mənbə: APA · 25.11.2026, 17:48 · orijinal məqalə