Gürcüstanda Azərbaycan və Türkiyə vətəndaşları saxlanıldı

· 2 mənbə

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsi ölkə ərazisində “xüsusi miqrasiya nəzarəti tədbirləri” həyata keçirib.

Publika.az xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.

Kompleks tədbirlər nəticəsində Gürcüstanda “qanunsuz yaşayan” 59 xarici ölkə vətəndaşı saxlanılıb. Saxlanılanlar arasında Livan, Türkmənistan, Pakistan, Yəmən, Belarus, Özbəkistan, Rusiya, Kamerun, Hindistan, İordaniya, Azərbaycan, Çin və Türkiyə vətəndaşları var.

Həmin şəxslər Miqrasiya İdarəsinin müvəqqəti yerləşdirmə mərkəzində saxlanılırlar. Onların Gürcüstandan deportasiyası məqsədilə müvafiq prosedurlar həyata keçirilir.

Mənbə: Publika.az · 27.11.2026, 12:12 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az saytında oxu