Hokit Qeyblə müraciət etdi: Qardaş, ondan uzaq dur, zəlidir
· 1 mənbə
Amerikalı UFC döyüşçüsü Coş Hokit keçmiş UFC çempionu Con Consun rəhbərliyi altında məşq edən güləş üzrə Olimpiya çempionu Qeybl Stivsona müraciət edib.
Publika.az xəbər verir ki, Hokit hesab edir ki, Cons Stivsonla tərəfdaşlığından öz nüfuzunu artırmaq üçün istifadə edir.
“Con Cons özünə və bütün bunlara diqqət çəkməyə çalışır. O, yalnız özünə fayda verən şeyləri edir.
Əgər Qeybə bir şey deyə bilsəydim, bu kimi şeylərə diqqət yetirməsini istərdim. Cons onu yalnız bu idman növündə özünün aktuallığını qorumaq üçün məşq etdirir.
Qardaş, sən belə insanlardan uzaq durmalısan. Onlar sadəcə zəli, xərçəngdir. Onlar sənin maraqlarını düşünmürlər”, – Hokit Maykl Bispinqə verdiyi müsahibədə deyib.
Mənbə: Publika.az · 25.11.2026, 19:50 · orijinal məqalə