İbiza sahillərində tanker batıb
· 1 mənbə
Bakı.Trend:
Malta bayrağı altında üzən “Med Emre” tanker gəmisi İbiza adası sahillərində batıb.
Bu barədə TASS məlumat yayıb.
Hadisə nəticəsində ekipaj üzvlərindən biri həlak olub, daha altı nəfər xəsarət alıb.
Məlumatı Balear adaları muxtar icmasının təcili yardım xidməti təsdiqləyib.
Tankerin təxminən 7 min ton yanacaq daşıdığı ehtimal olunur.
Mənbə: Trend · 26.11.2026, 12:14 · orijinal məqalə