İİV-lə mübarizə üçün 2,6 milyon manatlıq dərman alışı planlaşdırılır
· 1 mənbə
“Səhiyyənin Təminat Mərkəzi” publik hüquqi şəxsinin İİV-lə mübarizə proqramı çərçivəsində antiretrovirus (ARV) dərman vasitələrinin alınması üzrə keçirdiyi müsabiqənin keçirmişdir.
Banker.az xəbər verir ki, satınalma elanında ehtimal olunan qiymət 2 589 064,75 manat göstərilib. Qalibin təklif etdiyi məbləğ təqdim olunan elanda açıqlanmayıb.
Dövlət satınalmasının qalibi “Epidbiomed” MMC olub.
Qeyd edək ki, şirkət 2026-cı il oktyabr ayında 8.3 mln manatlıq dövlət satınalmasının da qalibi olmuşdur.
Müsabiqə sentyabrın 30-da elan edilib. Təkliflərin qəbulu oktyabrın 30-da saat 18:00-da başa çatıb və zərflər həmin vaxt açılıb.
Mənbə: Banker.az · 26.11.2026, 15:28 · orijinal məqalə