İki azyaşlı bacı ayrı-ayrı günlərdə dünyasını dəyişib

· 1 mənbə

Noyabrın 7-si saat 09:35 radələrində və noyabrın 22-si saat 06:45 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, Aşağı Sulutəpə ərazisindən çağırış qeydə alınıb.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Çağırış ünvanına təcili tibbi yardım briqadaları göndərilib.

Təcili tibbi yardım briqadaları tərəfindən 07.11.2026-cı il tarixində 2015-ci il təvəllüdlü azyaşlının (qadın cinsli), 22.11.2026-cı il tarixində isə 2017-ci il təvəllüdlü azyaşlının (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, hadisə Binəqədi rayonu Sulutəpə qəsəbəsində baş verib. 2015-ci il təvəllüdlü Ülkər Asif qızı Hüseynova 7 noyabr, kiçik bacısı 2017-ci il təvəllüdlü Nuranə isə 23 noyabr tarixində dünyasını dəyişib.

***

13:48

Bakıda iki azyaşlı bacı vəfat edib.

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu Sulutəpə qəsəbəsində baş verib.

2015-ci il təvəllüdlü Ülkər Asif qızı Hüseynova 7 noyabr, kiçik bacısı 2017-ci il təvəllüdlü Nuranə isə 23 noyabr tarixində dünyasını dəyişib.

Yaxınları qızların tibbi yardım aldıqlarını və həkim səhlənkarlığından həyatlarını itirdiklərini iddia ediblər.

Mənbə: Modern.az · 25.11.2026, 15:38 · orijinal məqalə

Bu barədə kim yazır

Modern.az saytında oxu