İmmuniteti gücləndirən səkkiz tərəvəz: tərkibində nələr var?

· 1 mənbə

C vitamini ilə zəngin tərəvəzlər insanın immunitetini gücləndirməyə kömək edir.

Publika.az xəbər verir ki, bu barədə "Health" portalı məlumat yayıb.

Məqalənin müəllifləri bildiriblər ki, bu cür tərəvəzlərə bolqar bibəri daxildir. Bununla yanaşı, qırmızı, narıncı və sarı bibərlərdə C vitamininin miqdarı yaşıl bibərlə müqayisədə daha çoxdur. Brüssel kələmi, brokoli və qırmızı kələm də bu vitaminlə zəngindir.

Bundan əlavə, yarpaq xardalı, kale kələmi, qırmızı kartof və yarpaq yem kələmi də yüksək C vitamini tərkibi ilə seçilir. Portalın məlumatına görə, bu tərəvəzləri omletə, salatlara, smuzilərə, şorbalara və ya tərəvəzli yeməklərə əlavə etmək olar.

Hüseyn İbadlı

Mənbə: Publika.az · 25.11.2026, 08:36 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az saytında oxu