İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Rəsmi

· 2 mənbə

Bu günlərdə sosial şəbəkələrdə, xüsusilə "TikTok" platformasında İranın Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəd istiqamətinə ağır hərbi texnika cəmləşdirməsi iddiası ilə bağlı görüntülər yayılıb.

BAKU.WS xəbər verir ki, İranın Azərbaycandakı səfirliyinin məsələ ilə bağlı APA-nın sorğusuna cavabında görüntülərin çəkildiyi vaxt və məkan dəqiq olmadığından bu barədə fikir bildirməyin mümkün olmadığını qeyd edilib.

Bununla belə, səfirlikdən onu da bildiriblər ki, hərbi təcavüzə qarşı özünü müdafiə edən ölkə kimi İranın zəruri hazırlıq tədbirləri görməsi tamamilə təbiidir.

Səfirlik hər hansı əsassız xəbər və materialların yayılmasından, eləcə də onların iki ölkə arasındakı dostluq münasibətlərinə xələl gətirəcək şəkildə şərh olunmasından çəkinməyi tövsiyə edib.

Mənbə: Baku.ws · 26.11.2026, 15:03 · orijinal məqalə

Bu barədə kim yazır

Oxu.az saytında oxu