İranda terror hücumu

· 1 mənbə

İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətində sünni din xadimi öldürülüb.

Publika.az xəbər verir ki, bu barədə ISNA agentliyi Sərbaz rayon administrasiyasına istinadla məlumat yayıb.

“Rayonun hörmətli və tanınmış sünni din xadimlərindən biri, müəllimimiz Bəşir Salahzəhi terror hücumunun qurbanı olub və həlak olub”, – deyə rayon administrasiyasının məlumatında bildirilir.

Qeyd edilib ki, hadisə Sərbaz–İranşəhr avtomobil yolunda baş verib. Hadisənin digər təfərrüatları açıqlanmır.

Hüseyn İbadlı

Mənbə: Publika.az · 28.11.2026, 20:00 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az İranda terror hücumu

Publika.az saytında oxu