İrəvanın mərkəzində partlayış - Yaralanan var

· 1 mənbə

Ermənistanın paytaxtı İrəvanda hərəkətdə olan avtomobildə partlayış baş verib.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın “Shamshyan” nəşri məlumat yayıb.

Hadisə noyabrın 28-də saat 10:30 radələrində Arzumanyan küçəsində qeydə alınıb. “Range Rover” markalı avtomobildə baş verən partlayış nəticəsində yanğın başlayıb.

Hadisə zamanı bir nəfər xəsarət alıb. Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra o, xəstəxanaya yerləşdirilib.

Yanğın nəticəsində avtomobil tamamilə yararsız vəziyyətə düşüb, yaxınlıqda park edilmiş “Kia” və “Nissan” markalı avtomobillərə də ziyan dəyib.

Faktla bağlı cinayət işi başlanılıb.

Mənbə: Modern.az · 28.11.2026, 14:35 · orijinal məqalə

Bu barədə kim yazır

Modern.az saytında oxu