İsmayıllı sakini bıçaqlanıb

· 1 mənbə

İsmayıllıda bıçaqlanma hadisəsi baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə noyabrın 26-da gecə saatlarında şəhər ərazisində qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü Asim İsmayılov bıçaq xəsarətləri alıb.

Ona xəsarət yetirməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Musa Xəlilli polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: APA · 26.11.2026, 10:27 · orijinal məqalə

Bu barədə kim yazır

APA İsmayıllı sakini bıçaqlanıb

APA saytında oxu