Kaliforniyada baş verən güclü zəlzələnin videosu
· 1 mənbə
ABŞ-nin Kaliforniya ştatının cənubunda 5 maqnitudalı zəlzələ qeydə alınıb.
Milli.Az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri Los-Anceles dairəsinin Manhetten-Biç şəhərindən təxminən 6 kilometr cənub-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 12,2 kilometr dərinlikdə olub.
Zəlzələdən sonra bir neçə afterşok qeydə alınıb.
Ölənlər və dağıntılar barədə məlumat daxil olmayıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Mənbə: Milli.az · 28.11.2026, 23:56 · orijinal məqalə