Kaliforniyada zəlzələ baş verib

· 1 mənbə

Bakı. Trend:

ABŞ-ın Kaliforniya ştatının cənubunda 5 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri Los-Anceles dairəsinin Manhetten-Biç şəhərindən təxminən 6 kilometr cənub-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 12,2 kilometr dərinlikdə olub.

Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.

Mənbə: Trend · 28.11.2026, 22:53 · orijinal məqalə

Bu barədə kim yazır

Trend Kaliforniyada zəlzələ baş verib

Trend saytında oxu