Kamçatkada 6,2 maqnitudalı zəlzələ olub
· 1 mənbə
Kamçatkada 6,2 maqnitudalı zəlzələ olub, episentri quruda 189 km dərinlikdə yerləşib.
"Report" xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Petropavlovsk-Kamçatskidə zəlzələnin instrumental intensivliyi üç bal təşkil edib.
Yeraltı təkanlar gecə baş verib.
Mənbə: Report · 28.11.2026, 17:55 · orijinal məqalə