Kapital bazarında yeni rekord: “Prior Leasing” istiqrazlarına tələb təklifi 2 dəfədən çox üstələyib
· 2 mənbə
®Azərbaycanın qiymətli kağızlar bazarında korporativ istiqrazlara olan investor marağı yüksələn xətlə davam edir. “Prior Leasing” ASC-nin “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-nin anderrayterliyi ilə bazara çıxardığı yeni istiqraz buraxılışı rekord göstəricilərlə yerləşdirilib.
Belə ki, 2 milyon AZN həcmində elan edilmiş emissiya üzrə 293 investor tərəfindən ümumilikdə 4 342 300 AZN məbləğində sifariş təqdim olunub. Bu isə tələbin ilkin təklifi 2,17 dəfə üstələməsi deməkdir.
İnvestorları cəlb edən əsas üstünlüklər:
Bu nəticə həm pərakəndə investorların kapital bazarına artan marağını, həm də real sektorun maliyyələşdirilməsində mühüm rol oynayan “Prior Leasing” ASC-yə göstərilən yüksək etimadı bir daha təsdiqləyir.
12 ildən artıqdır bazarda olan “Prior Leasing” ASC müxtəlif ölkələrin aparıcı istehsalçılarının müxtəlif növ texnika və nəqliyyat vasitələrinin ölkə üzrə 20-dən çox filial və nümayəndəliyi vasitəsilə sahibkarlara lizinq şərtlərilə təqdim edir.
Ətraflı məlumat üçün:
Telefon: 858
E-poçt: office@prior.az
Veb-sayt: www.priorleasing.az
Mənbə: Banker.az · 24.11.2026, 14:41 · orijinal məqalə