Kestutis Budris: Litva Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafına dəstəyini davam etdirəcək

· 1 mənbə

Litva Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafına dəstəyini davam etdirəcək.

"Report" xəbər verir ki, bu fikirləri Litvanın xarici işlər naziri Kestutis Budris noyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən bildirib.

Nazir ölkəsinin 2027-ci il yanvarın 1-dən Avropa İttifaqı Şurasına sədrlik edəcəyini söyləyib.

O, Litvanın Azərbaycanın NATO ilə əlaqələrinin genişləndirilməsini də dəstəklədiyini qeyd edib.

Mənbə: Report · 25.11.2026, 12:35 · orijinal məqalə

Bu barədə kim yazır

Report saytında oxu