Kuşner Ukrayna münaqişəsinin həllində əsas maneəni açıqladı
· 1 mənbə
“Ukrayna münaqişəsinin nizamlanması prosesində əsas problem ərazi məsələsidir”.
Publika.az xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner bildirib.
O, Rusiya və Ukraynanın dövlət sərhədləri ilə bağlı mövqelərinin üst-üstə düşməməsinin danışıqların qarşısını aldığını qeyd edib.
Kuşnerin fikrincə, ilk növbədə müharibədən sonrakı sülhün əsas prinsipləri müəyyənləşdirilməli, yalnız bundan sonra ərazi güzəştləri müzakirə olunmalıdır.
“Yəqin ki, hər iki tərəfə hərbi əməliyyatları başa çatdırmağa, eyni zamanda təhlükəsizlik sahəsində vəziyyəti yaxşılaşdırmağa imkan verəcək mexanizm tapılacaq”, - deyə o bildirib.
Müəllif: Roza
Mənbə: Publika.az · 26.11.2026, 15:16 · orijinal məqalə