Los-Ancelesdə zəlzələdən sonra neft emalı zavodunda güclü yanğın başlayıb

· 1 mənbə

ABŞ-ın Los-Anceles şəhərində baş verən zəlzələdən sonra “Chevron” şirkətinə məxsus neft emalı zavodunda güclü yanğın başlayıb.

Bu barədə “Times Now” məlumat yayıb.

Yanğının zəlzələ nəticəsində baş verib-vermədiyi hələlik məlum deyil.

ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, 5 maqnitudalı zəlzələ yerli vaxtla saat 09:30 radələrində Kaliforniyanın Manhetten-Biç şəhəri yaxınlığında qeydə alınıb.

Yanğın nəticəsində xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.

Mənbə: APA · 28.11.2026, 22:52 · orijinal məqalə

Bu barədə kim yazır

APA saytında oxu