Lotereyadan bir milyon uddu, bir neçə gün sonra saxlanıldı

· 1 mənbə

Bakı.Trend:

ABŞ-nin Miqrasiya və Gömrük Polisi (ICE) əməkdaşları Massaçusets ştatının lotereyasında bir neçə gün əvvəl 1 milyon dollar udan Salvador vətəndaşı Ariel Antonio Velaskes-Moralesi Bostonda saxlayıblar.

Bu barədə "Fox News" telekanalı məlumat yayıb.

Telekanalın ICE-dəki üç mənbəsinin məlumatına görə, həmin şəxs noyabrın 24-də səhər saatlarında Bostonun Şərqi Boston (East Boston) rayonunda saxlanılıb. Polis əməkdaşları onu həbs etməyə cəhd göstərərkən o, qaçmağa çalışıb, lakin qısa müddət ərzində tutulub.

"Fox News"un həmsöhbətlərinin bildirdiyinə görə, Velaskes-Morales 2013-cü ildə Texas ştatının Roma şəhəri yaxınlığında ABŞ sərhədini qanunsuz keçib. 2014-cü ilin aprelində onun barəsində deportasiya ilə bağlı yekun qərar çıxarılıb.

Massaçusets ştatının lotereyası noyabrın 18-də kişiyə uduşunu təqdim edib, üç gün sonra isə "Facebook" səhifəsində onun 1 milyon dollarlıq simvolik çeklə çəkilmiş fotosunu paylaşıb. Lotereya təşkilatçılarının məlumatına görə, o, 10 dollar dəyərində uduşlu bileti saxlanıldığı ərazidə – Şərqi Bostondakı mağazalardan birində alıb.

Mənbə: Trend · 25.11.2026, 11:00 · orijinal məqalə

Bu barədə kim yazır

Trend saytında oxu