Mahir Emreli "Rakuv"un heyətində yeddinci qolunu vurub

· 2 mənbə

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın "Rakuv" klubunun heyətində növbəti qolunu vurub.

"Report"un məlumatına görə, 29 yaşlı hücumçu Polşa çempionatının XVI turunda "Pias"a qarşı keçirilən ev oyununda fərqlənib.

Start heyətində meydana çıxan Mahir Emreli 59-cu dəqiqədə komandasının 0:2 hesabı ilə geridə olduğu matçda fərqi azaldıb.

Bu, Azərbaycan millisinin üzvünün "Rakuv"dakı yeddinci qolu olub.

Qarşılaşma hazırda davam edir.

Qeyd edək ki, Mahir Emreli bu il iyulun 17-də "Rakuv"a keçib.

Mənbə: Report · 27.11.2026, 22:24 · orijinal məqalə

Bu barədə kim yazır

Report saytında oxu