Makrona "Müsyö şantaj" ləqəbi verildi - Aİ-ni girov saxlamaqda ittiham olundu

· 1 mənbə

Fransa prezidenti Emmanuel Makron xərcləmə ixtisarları ilə bağlı fikir ayrılıqları fonunda Avropa İttifaqının (AB) uzunmüddətli büdcəsi ilə bağlı danışıqları pozmaqla hədələdikdən sonra "Müsyö şantaj" ləqəbini alıb.

Publika.az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

Avropalı diplomatlardan biri Fransa liderini ümumavropa maraqlarını Fransada keçiriləcək prezident seçkilərindən asılı vəziyyətə salmaqda günahlandırıb.

"Buraya gəlib milli seçkilərlə bağlı danışıqları girov götürmək sadəcə olaraq iyrəncdir", - deyə AB diplomatı bildirib.

Makron özü Avropa Şurasının prezidenti Antnnio Kosta tərəfindən təklif edilən ixtisarları kəskin şəkildə tənqid edərək, onları Avropa üçün "strateji səhv" adlandırıb. O, danışıqların gələn ilə qədər təxirə salınmasının "demokratik cəhətdən qeyri-mümkün" olacağını bildirib.

Müəllif: Tural

Mənbə: Publika.az · 27.11.2026, 10:06 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az saytında oxu