"Mastercard": Maliyyə qurumlarının 90 %-i süni intellektdən istifadə edir

· 1 mənbə

Hazırda maliyyə qurumlarının 90 %-i süni intellektdən istifadə edir.

"Report" xəbər verir ki, bunu "Mastercard" beynəlxalq kart təşkilatının Türkiyə və Azərbaycan üzrə Baş Direktoru Onur Faydacı Bakıda keçirilən X Beynəlxalq Bank Forumunda bildirib.

"Son 30 ilə nəzər saldıqda Azərbaycanda böyük rəqəmsallaşma prosesinin şahidi oluruq. Rəqəmsallaşma, innovasiya və maliyyə inklüzivliyi günbəgün artır. 60 illik şirkət olaraq, "Mastercard"ın bu innovasiya və rəqəmsallaşma prosesinin son 30 ilində bir parçası olmasından böyük qürur duyuruq. Son 30 ilə damğa vuran üç böyük transformasiyadan danışa bilərik. Bunlardan birincisi internetin yaranması, ikincisi mobil tətbiqlərin inkişafı, üçüncüsü isə süni intellektdir. Əslində, süni intellektdən həyatımızda geniş istifadə olunması son bir neçə ilin hadisəsi olsa da, bu texnologiya çox qədim tarixə malikdir. Təxminən 60 illik texnologiyadan danışırıq. Söhbət keçmiş məlumatlar əsasında gələcəyi proqnozlaşdırmaq metodundan gedir. Bir çox bank da süni intellekti artıq öz fəaliyyətində tətbiq edir. Qlobal araşdırmalarımıza görə, hər 100 təşkilatdan 78-i süni intellektdən ən azı bir əməliyyatında istifadə edir. Maliyyə sektorunda isə bu göstərici 90 %-ə çatır", - deyə o qeyd edib.

Mənbə: Report · 24.11.2026, 10:51 · orijinal məqalə

Bu barədə kim yazır

Report saytında oxu