Mədə sancısı və krampa qarşı təsirli bitki çayı

· 1 mənbə

Stres, düzgün olmayan qidalanma və ya həzmsizlik səbəbindən yaranan mədə kramplarında mütəxəssislər reflyü riskini artırmayan çobanyastığı çayını məsləhət görürlər.

Milli.Az xəbər verir ki, tərkibindəki iltihabəleyhinə maddələr mədə selikli qişasındakı qıcıqlanmanı sakitləşdirir, əzələboşaldıcı təsiri isə spazm və qaz ağrılarının yüngülləşməsinə kömək edir.

Digər bitkilərdən fərqi: Nanə kimi bəzi bitkilər mədə ilə yemək borusu arasındakı qapağı boşaldaraq turşu reflyüsünü artırır. Çobanyastığı çayında isə bu risk azdır, ona görə də həzmsizlik və ya reflyü meyilli mədələr üçün daha uyğun seçim sayılır.

Düzgün dəmləmə və içmə qaydası: Bir fincan təzə qaynanmış suya 1 çay qaşığı qurudulmuş çobanyastığı əlavə edin. Efir yağlarının uçmaması üçün fincanın ağzını örtüb 5-7 dəqiqə dəmləyin. Mədəni qıcıqlandırmamaq üçün qaynar yox, ilıq halda, yavaş-yavaş için.

Həkim xəbərdarlığı: Çobanyastığı çayı yüngül və müvəqqəti narahatlıqlarda köməkçi vasitədir. Ağrı çox şiddətlidirsə, kürəyə vurursa, qusma, qızdırma ilə müşayiət olunursa və ya bir neçə gündən uzun çəkirsə, bitki çayları ilə vaxt itirmədən mütləq həkimə müraciət etmək lazımdır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Mənbə: Milli.az · 24.11.2026, 04:04 · orijinal məqalə

Bu barədə kim yazır

Milli.az saytında oxu