Melaniya Tramp: Ukrayna ilə bağlı yeni razılaşma üzərində işləyirik

· 2 mənbə

ABŞ administrasiyası Rusiya-Ukrayna müharibəsi ilə bağlı yeni sülh razılaşmasının əldə olunması istiqamətində fəaliyyətini davam etdirir.

APA xəbər verir ki, bunu ABŞ-ın birinci xanımı Melaniya Tramp jurnalistlərə bildirib.

Ağ Evə Milad ağacının gətirilməsi mərasimində jurnalistlər ona Ukrayna ilə bağlı mümkün yeni razılaşma barədə sual ünvanlayıblar.

“Biz bunun üzərində işləyirik”, – deyə Melaniya Tramp cavab verib.

Qeyd edək ki, noyabrın 20-də “Fox News” telekanalına müsahibəsində Melaniya Tramp Rusiya ilə Ukrayna arasında dekabrın 25-dək yeni atəşkəs razılaşmasının əldə olunacağına ümid etdiyini bildirmişdi.

O, həmçinin Xerson vilayətinin Alyoşki yaşayış məntəqəsində həyata keçirilən humanitar əməliyyatı böyük uğur adlandırmışdı.

Mənbə: APA · 23.11.2026, 23:12 · orijinal məqalə

Bu barədə kim yazır

APA saytında oxu