Mərkəzi Bankda kriptoaktivlər və rəqəmsal valyutalarla bağlı müzakirələr aparılıb

· 1 mənbə

Azərbaycan Mərkəzi Bankında (AMB) informasiya texnologiyaları və kibertəhlükəsizlik sahəsinin mütəxəssisləri ilə görüş keçirilib.

Banker.az xəbər verir ki, AMB sədri Taleh Kazımovun ekspertlərlə ilk görüşündə maliyyə sektorunun qarşılaşdığı aktual texnoloji çağırışlar diqqət mərkəzində olub.

Tərəflər ödəniş sistemlərinin inkişafı, kriptoaktivlər və rəqəmsal valyutalarla bağlı məsələləri, eləcə də kibertəhlükəsizlik və məlumatların idarə edilməsi sahəsində mövcud vəziyyəti müzakirə ediblər.

Görüş zamanı maliyyə sektorunda dayanıqlılığın artırılması üçün ekspertlər, media nümayəndələri və ictimaiyyət arasında məlumat mübadiləsinin genişləndirilməsinin əhəmiyyəti də vurğulanıb.

Mənbə: Banker.az · 24.11.2026, 21:09 · orijinal məqalə

Bu barədə kim yazır

Banker.az saytında oxu