Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm"

· 1 mənbə

Xanəndə Kamilə Nəbiyevanın qayınanası Yazgül Fətəliyeva ondan danışıb.

BAKU.WS xəbər verir ki, qayınanası "Qonaqcanlı" verilişinə qonaq olan gəlini Kamiləyə görüntülü ad günü təbriki göndərib.

Yazgül Fətəliyeva Kamilə kimi gəlini olduğu üçün özünü xoşbəxt hiss etdiyini deyib:

"Mən hər iki gəlinimi də çox istəyirəm. Lakin Kamilə isə tamam başqa bir gəlindir. İki ildir bir yerdəyik, amma mənə elə gəlir ki, sanki on ildir birlikdəyik. Ona çox bağlanmışam. O narahat olanda ekranda görüb mən də evdə narahat oluram. Harasa gedəndə onun adını eşidən kimi sevinirəm ki, nə yaxşı ki, mən belə gözəl bir insanın qayınanasıyam.

Mənbə: Baku.ws · 26.11.2026, 16:06 · orijinal məqalə

Bu barədə kim yazır

Baku.ws saytında oxu