Messidən azarkeşin təxribatına sərt reaksiya
· 1 mənbə
“Vankuver” azarkeşi “İnter Mayami”nin ulduz futbolçusu Lionel Messiyə Kriştianu Ronaldonun formasını göstərib.
“Qafqazinfo” xəbər verir ki, argentinalı hücumçu azarkeşin bu addımını cavabsız qoymayıb.
Belə ki, tribunadan ona Ronaldonun formasının uzadıldığını görən Messi barmağı ilə özünü göstərərək “Mən 1 nömrəyəm!” deyə qarşılıq verib.
Onun bu reaksiyası sosial şəbəkələrdə qısa zamanda gündəm olub.
Mənbə: Qafqazinfo · 29.11.2026, 10:42 · orijinal məqalə
Bu barədə kim yazır
Qafqazinfo
Messidən azarkeşin təxribatına sərt reaksiya