Meyitin müayinəsi zamanı qaraciyər əvəzinə corab və əlcəklər tapıldı

· 1 mənbə

Rusiyanın Tver vilayətində 75 yaşlı qadının meyitinin eksqumasiyası zamanı qalıqların arasında corab və rezin əlcəklər aşkarlanıb. Təkrar ekspertiza zamanı isə qaraciyərin olmadığı və tibbi materialların çatışmadığı müəyyən edilib.

Modern.az yerli mediaya istinadla xəbər verir ki, qadının qızı Anjelanın sözlərinə görə, anası 2023-cü ildə xəstəxanada mayenin xaric edilməsi prosedurundan sonra vəfat edib. Həkimlər ölüm səbəbini ağciyər xərçənginin dördüncü mərhələsi kimi göstərsələr də, qızı diaqnozun düzgünlüyünə şübhə edərək hüquq-mühafizə orqanlarına müraciət edib.

Araşdırma zamanı 128 histoloji şüşədən yalnız 12-sinin qaldığı, bəzi orqanların isə sənədlərdə göstərilsə də, faktiki olaraq müayinə edilmədiyi üzə çıxıb. Roszdravnadzor yarılma zamanı 15-dən çox qayda pozuntusu aşkar edib.

Qadının qızı həkimlərin mümkün səhlənkarlığını və hadisənin gizlədilməsini iddia edir. Tibb işçiləri ilə bağlı cinayət işləri isə bir neçə dəfə dayandırılıb. O, anasının ölümü ilə bağlı araşdırmanın yenidən başlanmasını tələb edir.

Mənbə: Modern.az · 29.11.2026, 14:35 · orijinal məqalə

Bu barədə kim yazır

Modern.az saytında oxu