Misirdə sisternin aşmasından sonra baş verən yanğında ölənlərin sayı 30-u ötüb

· 1 mənbə

Misirdə neft məhsulları daşıyan sisternin dairəvi yol qovşağında aşmasından sonra baş verən yanğın nəticəsində 31 nəfər ölüb, 21 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Daha əvvəl hadisə nəticəsində 30 nəfərin öldüyü, 15 nəfərin yaralandığı bildirilmişdi.

Prokurorluğun məlumatına görə, yanğın Giza şəhərinin Əl-Varrak rayonunda tunelin üzərində baş verib. İlkin qiymətləndirmələrə əsasən, avtomobil və motosikletlər də daxil olmaqla, 27 nəqliyyat vasitəsi yanıb.

Qurumun açıqlamasında bildirilir ki, qurbanların sayı və dəymiş ziyanın miqyası hələ dəqiqləşdirilir.

Mənbə: Report · 26.11.2026, 06:55 · orijinal məqalə

Bu barədə kim yazır

Report saytında oxu