Myanmada avtobus dərəyə aşıb, onlarla insan ölüb

· 1 mənbə

Myanmanın mərkəzində sərnişin avtobusunun dərəyə aşması nəticəsində 22 nəfər ölüb, daha 14 nəfər xəsarət alıb.

"Report"un məlumatına görə, bu barədə "Xinxua" Myanmanın Yanğından Mühafizə Xidmətinə istinadən xəbər yayıb.

Məlumata görə, qəza bazar günü yerli vaxtla saat 19:50-də (Bakı vaxtı ilə saat 17:20) Mandalay vilayətinin Pyin-U-Luin rayonundan keçən hissəsində baş verib.

Avtobusda 36 nəfər olub. Qəzadan sonra Yanğından Mühafizə Xidməti hadisə yerinə xilasetmə qrupları göndərib.

Xəsarət alanlar xəstəxanalara aparılıb.

Avtobusdakı sərnişinlərin əksəriyyəti müəllimlər, şagirdlər və özəl məktəbin işçiləri olub.

Mənbə: Report · 30.11.2026, 02:18 · orijinal məqalə

Bu barədə kim yazır

Report saytında oxu