Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti
· 1 mənbə
2020-ci ildə itkin düşən, 4 il sonra isə doğma atası və ögey anası tərəfindən qətlə yetirildiyi üzə çıxan 1996-cı il təvəllüdlü Nərgiz Nəcəfovanın ölüm işi ilə bağlı məhkəmə prosesi yekunlaşıb.
BAKU.WS xitab24.az-a istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxs qismində hakim qarşısına 1965-ci il təvəllüdlü Şikar Nəcəfov və arvadı 43 yaşlı Ramilə Nəcəfova çıxarılıblar.
Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.9-cu maddələri ilə təqsirləri sübuta yetirilən Ş.Nəcəfov 18 il, arvadı Ramilə Nəcəfova isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Hadisə Ağdamın Yeni İmamqulubəyli qəsəbəsində baş verib. Şikar Nəcəfov və arvadı qızları Nərgiz Cəfərovanın yüngül həyat tərzi keçirməsini bəhanə edərək, onu öldürmək qərarına gəliblər. Cinayət hadisəsində əlbir olan ərlə arvad Nərgizi yatdığı yerdə öldürüblər.
Belə ki, yataq otağına daxil olan ata qızının üzərinə çıxaraq, onun nəfəs yollarının, Ramilə isə Nərgizin tərpənməməsi üçün ayaqlarını tutub. Daha sonra zərərçəkmişin boyun nahiyəsinə dəmir linglə zərbələr endirilib. Nərgizin öldüyündən əmin olan ata dəhrə və baltadan istifadə edərək qızının meyitini hissələrə bölüblər.
Mənbə: Baku.ws · 27.11.2026, 18:08 · orijinal məqalə