NHK: 1,2 milyondan çox istifadəçinin məlumatları sızdırılıb

· 1 mənbə

Yaponiyanın NHK telekanalı ona məxsus mədəniyyət mərkəzinin 1,2 milyondan çox istifadəçisinin məlumatlarının onlayn kurslar və mühazirələrlə sızdırıdığını bildirib.

"Report" xəbər verir ki, bu barədə telekanalın saytında bildirilir.

Yayımçının məlumatına görə, mərkəzin saytına icazəsiz giriş şənbə günü axşam məlum olub. Hadisə nəticəsində son beş ildə şəxsən, telefonla və ya onlayn olaraq kurslara müraciət edən 1,21 milyon insanın adları, ünvanları, telefon nömrələri və digər şəxsi məlumatları şəbəkəyə düşüb.

Resurs rəhbərliyi cinayətkarların istifadəçilərin bank hesab nömrələrini və digər maliyyə məlumatlarını əldə edə bilmədiklərini əmin edib, şəxsi məlumatları naməlum şəxslərə ötürməməyin və şübhəli linklərə keçməməyin lazım olduğunu xatırladıb.

Mərkəzin saytı təhlükəni aradan qaldırmaq və bütün lazımi təhlükəsizlik yoxlamalarını tamamlamaq üçün tədbirlər görülənə qədər əlçatmaz qalır.

Mənbə: Report · 30.11.2026, 01:02 · orijinal məqalə

Bu barədə kim yazır

Report saytında oxu