Nyu-York Tramp, Bezos və digər milyarderlərə yüz minlərlə dollar vergi hesabı göndərib

· 1 mənbə

ABŞ-nin Nyu-York şəhərində bahalı daşınmaz əmlaka sahib olan, lakin həmin mənzillərdən əsas yaşayış yeri kimi istifadə etməyən şəxslərə yeni vergi hesabları göndərilib. Vergi ödəyiciləri arasında ABŞ Prezidenti Donald Tramp, “Amazon”un təsisçisi Ceff Bezos və digər məşhurlar var.

Banker.az xəbər verir ki, bu barədə noyabrın 25-də “Business Insider” Nyu-York Maliyyə Departamentinin sənədlərinə istinadən məlumat yayıb.

Yeni vergi üzrə ən yüksək məbləğlərdən biri “Citadel”in rəhbəri Ken Qriffinə hesablanıb – 1,01 milyon dollar.

Digər tanınmış şəxslər üzrə vergi məbləğləri belədir:

“Pied-à-terre” adlandırılan yeni vergi əsas yaşayış yeri kimi istifadə edilməyən bahalı mənzillərə və fərdi yaşayış evlərinə tətbiq olunur.

Qaydalara əsasən, Nyu-York Maliyyə Departamentinin qiymətləndirməsində dəyəri 5 milyon dollardan başlayan fərdi evlər, eləcə də 1 milyon dollardan başlayan mənzillər vergiyə cəlb edilir.

Vergi 2026-cı ilin iyulundan qüvvədədir. Şəhər rəhbərliyi bu mexanizm hesabına büdcəyə ildə təxminən 500 milyon dollar əlavə gəlir daxil olacağını proqnozlaşdırır.

Yeni vergi bəzi varlı əmlak sahiblərinin narazılığına və məhkəmə iddialarına səbəb olub.

Donald Tramp daha əvvəl bu vergini tənqid edib. Ceff Bezos isə Nyu-Yorkun belə vergi tətbiq etməsini məqbul hesab etdiyini bildirib.

Mənbə: Banker.az · 25.11.2026, 15:51 · orijinal məqalə

Bu barədə kim yazır

Banker.az saytında oxu