O da “Yeraltı”na keçir
· 1 mənbə
Türkiyədə “Sıfır Bir” serialındakı “Cihat” obrazı ilə məşhurlaşan türkiyəli aktyor Onur Akbay NOW telekanalında yayımlanan “Yeraltı” serialının aktyor heyətinə qoşulub.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor ekran işinin 24-cü bölümündən etibarən “Behram” obrazı ilə izləyicilərin qarşısına çıxacaq.
Ssenariyə əsasən, “Behram” serialın əsas qəhrəmanlarından olan “Bozo” və “Rüzgar”ın rəqibi kimi hekayəyə daxil olaraq balansları dəyişəcək.
Qeyd edək ki, baş rollarını Uraz Kaygılaroğlu, Devrim Özkan və Deniz Can Aktaşın paylaşdığı “Yeraltı” serialı çərşənbə axşamları yayımlanır.
Mənbə: Qafqazinfo · 26.11.2026, 03:31 · orijinal məqalə
Bu barədə kim yazır
Qafqazinfo
O da “Yeraltı”na keçir