Öz ölümünü elan etdi
· 1 mənbə
Dörd ildir dördüncü mərhələ süd vəzi xərçəngi ilə mübarizə aparan 60 yaşlı “Instagram” fenomeni Kristi Miller vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, onun ölümündən sonra şəxsi hesabında əvvəlcədən hazırladığı vida videosu yayımlanıb.
Təxminən dörd il ərzində müalicə prosesini 50 mindən çox izləyicisi ilə bölüşən Miller son müraciətinə “Əgər bu videoya baxırsınızsa, deməli, mən ölmüşəm” sözləri ilə başlayıb.
Videoda 2025-ci ilin iyun ayında mədəaltı vəzi xərçəngindən itirdiyi 36 illik həyat yoldaşı Mark Millerlə birgə fotolarına da yer verən bloqer həyatından heç bir peşmanlıq duymadığını dilə gətirib.
O, izləyicilərinə qorxuları ilə üzləşməyi, başqalarının fikrinə görə narahat olmadan yaşamağı və hər gün xoşbəxt olmaq üçün bir səbəb tapmağı tövsiyə edib.
Kristi Miller kameraya gülümsəyib əl yelləyərək izləyiciləri ilə vidalaşıb.
Mənbə: Qafqazinfo · 26.11.2026, 02:54 · orijinal məqalə