Parisdə tələbələr və məktəblilər ali təhsilə qəbul sisteminin ləğvini tələb ediblər

· 1 mənbə

Bakı. Trend:

Parisdə yuxarı sinif şagirdləri və tələbələr Fransanın ali təhsil müəssisələrinə qəbul sisteminin ləğvi və universitetlərdə yerlərin sayının artırılması tələbi ilə noyabrın 26-da etiraz aksiyası keçiriblər.

Aksiya məktəblilərin, tələbə birliklərinin və gənclər həmkarlar ittifaqlarının çağırışı ilə Bastiliya meydanında təşkil olunub.

Etirazçılar aksiyaların tədris prosesinə mümkün mənfi təsirləri ilə bağlı narahatlıqlara baxmayaraq, tələbləri yerinə yetirilənədək etirazları davam etdirəcəklərini bildiriblər.

“Təşkilatçılar vurğulayıblar ki, hökumətin mövqeyindən asılı olmayaraq, orta məktəblərdə və universitetlərdə normal tədris prosesinə qayıdış olmayacaq.

Fransanın Ali Təhsil Nazirliyinin məlumatına görə, cümə axşamı ölkə universitetlərinin 16 faizində tədris prosesi pozulub. Buna təhsil müəssisələrinin bloklanması və ya rəhbərliyin qərarı ilə bağlanması səbəb olub. Milli Təhsil Nazirliyi isə blokadaya alınmış məktəblərin sayı barədə məlumat açıqlamayıb.

Etirazçıların əsas tələbləri arasında ali təhsilə qəbul sisteminin, “Parcoursup” və “MonMaster” platformalarının ləğvi, eləcə də universitetlərdə əlavə 250-300 min yerin yaradılması yer alır.

Mənbə: Trend · 27.11.2026, 04:58 · orijinal məqalə

Bu barədə kim yazır

Trend saytında oxu