Paşinyan avropalı səfirlərlə görüşdü – TRIPP və sülh prosesi müzakirə olundu

· 1 mənbə

Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqına (Aİ) üzv ölkələrin bu ölkədə akkreditə olunmuş səfirləri ilə görüş keçirib.

BAKU.WS xəbər verir ki, Ermənistan hökumətinin mətbuat xidməti görüşlə bağlı məlumat yayıb.

Görüşdə Ermənistanla Avropa İttifaqı arasında əməkdaşlığın genişləndirilməsi, viza rejiminin liberallaşdırılması və ölkə iqtisadiyyatının şaxələndirilməsi məsələləri müzakirə olunub.

Paşinyan müzakirələr zamanı ölkədə hazırlanmaqda olan yeni Konstitusiya layihəsinə də toxunub.

Tərəflər Ermənistan-Azərbaycan münasibətlərində sülh prosesindən sonrakı mərhələdə regionda əməkdaşlığın inkişafı imkanlarını da nəzərdən keçiriblər. Xüsusilə, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsinin praktiki icrasına başlanması məsələsi diqqət mərkəzində olub.

Görüşdə, həmçinin regional nəqliyyat əlaqələrinin genişləndirilməsi və iqtisadi əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Mənbə: Baku.ws · 23.11.2026, 19:43 · orijinal məqalə

Bu barədə kim yazır

Baku.ws saytında oxu