Planetin ən dəbli kişisi o imiş...
· 1 mənbə
“Gərgin rəqabət” serialında rusiyalı obrazını canlandıran amerikalı aktyor Konor Storrini dünyanın ən dəbli kişisi elan ediblər.
Publika.az xəbər verir ki, bu ada onu “Vogue” jurnalı layiq görüb.
Aktyor nəşrin onlayn versiyasının üz qabığında yer alıb, həmçinin moda fotosessiyasının qəhrəmanı olub. Müsahibəsində o, geyim tərzi ilə bağlı ictimaiyyətin fikirlərinə əhəmiyyət vermədiyini bildirib.
İyun ayında Konor Storrinin geyimi Paris tarixinin ən isti günündə diqqət çəkib. Aktyor şəffaf PVC plaşda, şortda və darboğaz çəkmələrdə ictimaiyyət qarşısına çıxıb. Televiziya ulduzunun geyindiyi “Romeo” model çəkmələrin qiyməti 3 300 dollar təşkil edir.
Hüseyn İbadlı
Mənbə: Publika.az · 24.11.2026, 21:12 · orijinal məqalə
Bu barədə kim yazır
Publika.az
Planetin ən dəbli kişisi o imiş...