Polis avtomat, qumbara, 5 tüfəng və xeyli patron aşkarladı
· 1 mənbə
Noyabrın 27-də polis tərəfindən paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 qumbara, 1 alışdırıcı, 5 tüfəng, 3 patron darağı və 394 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Mənbə: Publika.az · 28.11.2026, 11:13 · orijinal məqalə