Polşa ordusunda süni intellekt dövrü başlayır
· 1 mənbə
Polşa ABŞ-ın texnologiya şirkəti “Palantir Technologies” ilə 300 milyon dollarlıq hərbi müqavilə imzalayıb.
Publika.az xəbər verir ki, beş il müddətinə nəzərdə tutulan saziş çərçivəsində Polşa “Palantir”in süni intellekt əsaslı “Maven Smart System” proqram təminatını əldə edəcək. Sistem döyüş meydanından daxil olan məlumatların emalı, təhlili və hərbi qərarların qəbuluna dəstək məqsədilə istifadə olunur.
Proqram təminatı artıq ABŞ ordusunun, eləcə də bir sıra NATO ölkələrinin silahlı qüvvələrinin istifadəsindədir.
Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış müqaviləni ölkənin hərbi imkanlarının inkişafı baxımından mühüm addım kimi qiymətləndirib. O bildirib ki, sazişə əsasən, sistemin açarları, serverləri və məlumatları Polşa Silahlı Qüvvələrinin müstəsna mülkiyyətində qalacaq.
Ləman
Mənbə: Publika.az · 28.11.2026, 06:16 · orijinal məqalə