Putin intellektual həyat axtarışında

· 1 mənbə

Rusiya Prezidenti Vladimir Putin kosmosun öyrənilməsi ilə maraqlanan Almatı şəhərindən olan məktəblidən Kainatda şüurlu həyatın mövcud olub-olmadığını soruşub.

Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Kainatda başqa həyat da varmı? Yəni ibtidai deyil, intellektual həyat?” – deyə dövlət başçısı “Süni intellekt dünyasına səyahət” konfransı çərçivəsində məktəblilər və tələbələrlə görüşün iştirakçılarından birinə müraciət edib.

“Bəlkə də var”, – deyə gənc cavab verib.

“Amma cavab vermir”, – deyə Putin bildirib və daha sonra həmsöhbətinə intellektual araşdırmalarında uğurlar arzulayıb.

Noyabrın 26-da Putin süni intellektə həsr olunmuş "AI Journey" konfransında iştirak edib. Rusiya lideri forumun plenar iclası zamanı süni intellekt üzrə milli strategiyanın yenilənməsini təklif edib, həmçinin vətəndaşların və infrastrukturun süni intellektdən qaynaqlanan təhdidlərdən səmərəli müdafiəsinin təmin edilməsi barədə tapşırıq verib. Bundan əlavə, ölkə başçısı süni intellektin Rusiyaya qarşı istifadəsinə yol verilməməsinə çağırıb.

Hüseyn İbadlı

Mənbə: Publika.az · 27.11.2026, 02:12 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az Putin intellektual həyat axtarışında

Publika.az saytında oxu