“Qara cümə” öncəsi fırıldaqçıların hiylələri üzə çıxdı
· 1 mənbə
“Kaspersky Laboratoriyası” “Qara cümə” ərəfəsində bir neçə dələduzluq sxemi aşkarlayıb.
Publika.az xəbər verir ki, bu barədə şirkət TASS-a məlumat verib.
Təşkilatın məlumatına görə, bu sxemlərdən biri “uduzmayan ruletka”dır. Bu üsul marketpleyslərin adından mükafat ruletkası təklif edən fişinq səhifəsinin yaradılmasını nəzərdə tutur. İstifadəçilərə müxtəlif elektronika məhsulları və ya hədiyyə sertifikatları qazana biləcəkləri bildirilir. Lakin mükafatı əldə etmək üçün “çatdırılma” və ya “vergi” haqqını ödəmək tələb olunur. Şirkətdən bildiriblər ki, dələduzlar bu yolla istifadəçiləri aldadırlar.
Dələduzların digər hiyləsi isə “kuponlar” və “promokodlar”dır.
“Kaspersky Laboratoriyası”nın məlumatına görə, dələduzlar “fərdi promokodlar” paylayan fişinq saytları yaradırlar. Belə saytlarda istifadəçilərdən marketpleys hesablarına aid istifadəçi adlarını və şifrələrini daxil etmək tələb olunur. Nəticədə onlar pullarını və şəxsi məlumatlarını itirmək riski ilə üzləşirlər.
Noyabrın 23-də “Moşelovka” platformasının mətbuat xidmətindən bildirilib ki, dələduzlar anbarların həddindən artıq yüklənməsi və ya endirim kampaniyaları zamanı yaranan xətalar səbəbindən sifarişləri çatdırmağın mümkün olmadığı barədə marketpleyslərin adından Rusiya vətəndaşlarına mesajlar göndərməyə başlayıblar. Pulun geri qaytarılması üçün onlara fişinq keçidinə daxil olmaq və bank kartı məlumatlarını qeyd etmək təklif olunur.
Hüseyn İbadlı
Mənbə: Publika.az · 25.11.2026, 04:44 · orijinal məqalə