"Qaradağ Lökbatan" 18 cavabsız qol vurdu

· 1 mənbə

Futbol üzrə Azərbaycan II Liqasında XIII turun oyunları davam edir.

BAKU.WS xəbər verir ki, bu turda "Qaradağ Lökbatan" doğma meydanda "Şəki"ni qəbul edib.

Qaradağ Təlim-İdman Bazasının stadionunda keçirilən qarşılaşmada ev sahibi klub rəqibinə 18:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, "Qaradağ Lökbatan" hazırda 36 xalla turnir cədvəlinin vahid lideridir.

Mənbə: Baku.ws · 29.11.2026, 19:27 · orijinal məqalə

Bu barədə kim yazır

Baku.ws saytında oxu