Qubada avtomobil piyadanı vuraraq öldürüb
· 1 mənbə
Quba rayonunda 60 yaşlı qadını avtomobil vuraraq öldürüb.
"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Quba-Xaçmaz avtomobil yolunun Barlı kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Xaçmaz rayon sakini, 1966-cı il təvəllüdlü Rəna Orucovanı avtomobil vurub.
Sürücü yaralını köməksiz vəziyyətdə qoyaraq hadisə yerindən uzaqlaşıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Report · 24.11.2026, 19:13 · orijinal məqalə