Qubada itkin düşən şəxsin axtarışları ilə bağlı Samur-Abşeron kanalına suyun verilməsi dayandırılıb

· 1 mənbə

Qubada su kanalına düşərək itkin düşdüyü ehtimal olunan 28 yaşlı kişinin axtarışları davam etdirilir.

APA-nın Şimal bürosunun məlumatına görə, hadisə noyabrın 22-də Qudyalçayın Quba rayonundan keçən hissəsində baş verib.

İlkin məlumata görə, Quba rayonunun Alpan kənd sakini, 1998-ci il təvəllüdlü Xəyal Hidayət oğlu Muradov “KamAZ” markalı avtomobili üçün kanaldan su götürmək istəyərkən sürüşərək suya düşüb.

Onun axtarışlarının asanlaşdırılması məqsədilə Samur-Abşeron kanalına suyun verilməsi dayandırılıb. Hazırda axtarışlar davam etdirilir.

Qeyd edək ki, Xəyal Muradov iki uşaq atasıdır.

Mənbə: APA · 27.11.2026, 15:05 · orijinal məqalə

Bu barədə kim yazır

APA saytında oxu