Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib
· 2 mənbə
Regional əməkdaşlıq və Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya qarşılıqlı fəaliyyətinin dərinləşməsi ümumi dialoqumuzun vacib tərkib hissəsidir.
"Report" xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev "facebook" hesabında yazıb.
Diplomat Bakıda Estoniyanın Azərbaycandakı səfirliyinin açılışında iştirak üçün ölkəyə səfər edən Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna ilə görüşüb.
"Ukraynaya göstərilən qətiyyətli və ardıcıl dəstəyə görə təşəkkürümü bildirmək üçün xoş fürsətim oldu. Bu dəstəyi yüksək qiymətləndiririk və dostluq münasibətlərini, eləcə də əməkdaşlığı daha da inkişaf etdirmək əzmindəyik", - Ukrayna səfiri qeyd edib.
Mənbə: Report · 27.11.2026, 21:44 · orijinal məqalə
Bu barədə kim yazır
Report
Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib