Rəsmi Moskva iki rusiyalı diplomatın Kiprdən çıxarılması ilə bağlı xəbərləri təkzib edib

· 1 mənbə

Rusiya Xarici İşlər Nazirliyi iki diplomatının Kiprdən çıxarılması ilə bağlı xəbərləri təkzib edib.

APA-nın Moskva bürosu xəbər verir ki, Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova bu xəbərin mediada yayılan fərziyyə olduğunu deyib.

Bildirib ki, belə fərziyyələrə Rusiya XİN adətən şərh vermir.

"Lakin bu halda deyə bilərəm ki, bu xəbərin məzmunu doğru deyil", - Rusiya XİN sözçüsü vurğulayıb.

Qeyd edək ki, ANT1 Live və "Politico" Kipr təhlükəsizlik orqanlarındakı mənbələrə istinadən iki Rusiya diplomatından casusluq şübhəsi ilə ölkəni tərk etmək tələb olunduğuna dair məlumat yayıb.

Bildirilib ki, diplomatlar ötən həftənin əvvəlində Kipri tərk ediblər. Kipr rəsmiləri iddia edir ki, rusiyalı diplomatlar ölkənin və Avropa Birliyinin təhlükəsizliyi ilə bağlı məxfi məlumatlara çıxış əldə etməyə çalışıblar.

Mənbə: APA · 24.11.2026, 13:47 · orijinal məqalə

Bu barədə kim yazır

APA saytında oxu