Rumıniyada Şri-Lanka vətəndaşlarının olduğu avtomobil qəzaya uğrayıb, ölən var

· 1 mənbə

Rumıniyanın Teleorman qraflığının Qratsiya yaşayış məntəqəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə TVR telekanalı yerli fövqəladə hallar müfəttişliyinə istinadən məlumat yayıb.

Qəza noyabrın 28-i səhər saatlarında DJ 611 yolunda baş verib. Şri-Lanka vətəndaşlarının olduğu avtomobil körpünün dayağına çırpılıb və aşıb.

Xəsarət alan 5 nəfər xəstəxanalara çatdırılıb, onlardan 2-si huşsuz vəziyyətdədir və çoxsaylı travmalar alıb. Daha bir nəfərə yerində tibbi yardım göstərilib, o, xəstəxanaya getməkdən imtina edib.

Qəzanın təfərrüatları araşdırılır.

Mənbə: Report · 28.11.2026, 17:24 · orijinal məqalə

Bu barədə kim yazır

Report saytında oxu