Rusiya Zaporojyedə daha bir kəndi ələ keçirdi

· 1 mənbə

Rusiya ordusu Ukraynanın Zaporojye vilayətində yerləşən Barvinovka kəndini ələ keçirdiyini açıqlayıb.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Ukraynanın “DeepState” resursu isə məlumatı təkzib edib. Bildirilib ki, Barvinovka kəndi Ukrayna Silahlı Qüvvələrinin nəzarətindədir və cəbhə xəttindən təxminən 15 kilometr məsafədə yerləşir.

Mənbə: Modern.az · 24.11.2026, 14:01 · orijinal məqalə

Bu barədə kim yazır

Modern.az saytında oxu